Ermənistan parlamentinin sədri Alen Simonyanın gəlini Ani Gevorkyan və “Sinergiya” şirkətinin əməkdaşı Lili Mkryan yerini tərk etməmək barədə yazılı öhdəlik və zaminlik şərti ilə sərbəst buraxılıblar.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, prokuror öz təşəbbüsü ilə fevralın 12-də həbs qətimkan tədbirini dəyişdirib:
“Onlar artıq cinayət işi üçün vacib olan ifadələr veriblər. İndiki mərhələdə Gevorkyan və Mkryanın istintaq prosesinə təsiri azalıb. Şirkətin direktoru Aşot Ovannisyan hələ də həbsdədir, onun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişməyib”.
Qeyd edək ki, Gevorqyan Ermənistanın İqtisadiyyat Nazirliyində korrupsiya işi çərçivəsində saxlanılmışdı. O, sui-istifadə və fırıldaqçılıqda ittiham olunur.
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq
- Məhəmməd Hüseynov vəzifəsindən azad olundu - Foto
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycan Ukraynaya 40 ton avadanlıq göndərib
- Bayramov baş həkimi vəzifəsindən azad etdi - Foto
- İşdən çıxarılan məmura yeni vəzifə verdi
- Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşdu - Video