Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Misirin Aralıq dənizi sahilində 22 milyard dollar dəyərində premium torpaq almaq və inkişaf etdirmək üçün danışıqlar aparır.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, Misir ümumi sahəsi 180 milyon kvadratmetr olan ərazinin təqribən 20%-nə sahibliyini saxlaya biləcək:
“Bundan başqa, bəzi dövlət müəssisələri və Misirin ən böyük developer şirkətlərindən biri olan “Talaat Moustafa Group”un payları olacaq. Danışıqlar davam edir, yekun qərar hələ verilməyib”.
Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş İdarəsinin baş direktoru Hossam Heyba smetanın 22 milyard dollar olduğunu bildirib. Onun sözlərinə görə, layihə yaxın günlərdə razılaşdırılacaq.
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq
- Məhəmməd Hüseynov vəzifəsindən azad olundu - Foto
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycan Ukraynaya 40 ton avadanlıq göndərib
- Bayramov baş həkimi vəzifəsindən azad etdi - Foto
- İşdən çıxarılan məmura yeni vəzifə verdi
- Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşdu - Video
- Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb