Biz anlayırıq ki, Ukraynadan kənarda eskalasiya... - Rusiya

09:16 - 14 Fevral 2024 - GÜNDƏM

 Biz anlayırıq ki, Ukraynadan kənarda eskalasiya... - Rusiya

Qərb liderləri pul və silah yardımı ilə Ukraynanın Rusiyanı məğlub edə biləcəyinə inanaraq ciddi səhvə yol verdilər.

BUTA.TV xəbər verir ki, bunu Britaniyanın “Skay Nyus” telekanalına müsahibəsində Rusiyanın Londondakı səfiri Andrey Kelin deyib.

“Rusiyanı heç cür məğlub etmək olmaz. Ukraynadan fərqli olaraq, Rusiyada siyasi vəziyyət sabitdir və iqtisadiyyatı kifayət qədər sürətlə inkişaf edir”, - o qeyd edib.

Kelinin sözlərinə görə, Rusiya Polşa və ya digər Baltikyanı ölkələrə hücum etmək məqsədi güdmür:

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

“Biz tam başa düşürük ki, Ukraynadan kənarda hər hansı eskalasiya qlobal münaqişəyə gətirib çıxaracaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol