Ali təhsil müəssisələrinin qarşısında fəaliyyət göstərən dönərxanalarda satılan dönərlərin qiyməti ayranla birlikdə 1 manat 50 qəpikdir. Halbuki nəzərə alaq ki, ayranın öz qiyməti elə 30-40 qəpikdir.
BUTA.TV xəbər verir ki, bunu deputat Kamilə Əliyeva Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deyib.
“Belə çıxır ki, dönərin içərisindəki ət pulsuzdur. O zaman ortaya bir sual çıxır – “dönərxanalar əti haradan və neçəyə alır?!” Görəsən həmin obyektlərin sertifikatı varmı? AQTA buna nəzarət edirmi? Son zamanlar tələbələr arasında dönərdən zəhərlənmə hallarına rast gəlirik. Bu səbəbdən AQTA bu işə məsuliyyətlə yanaşmalı və nəzarət daha da güclənməlidir”, - deputat bildirib.
- Prezident fərman imzaladı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda meteor yağışı müşahidə olunacaq
- Prezident onu Naxçıvana başçı təyin etdi
- Ordubada yeni başçı təyin edildi - Sərəncam
- Prezident bu başçını vəzifəsindən azad etdi
- Sədərəkdən Culfaya icra başçısı göndərildi
- Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək - Video