Qərbin köməyi ilə Qarabağ məsələsini həll edən Azərbaycan Rusiyanın köməyi ilə Zəngəzur dəhlizini həll edəcək. Ermənistan hakimiyyəti də Azərbaycanın bütün tələblərini qəbul edir.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Arqişti Kiviryan deyib.
Kiviryan qeyd edib ki, Qərbin Cənubi Qafqaza girməyəcəyi bəllidir.
“Ermənistanın Azərbaycan və Türkiyənin əyalətinə çevriləcəyi də göz qabağındadır. Çoxları düşünür ki, Rusiya və ya İran tərəfindən cəza tədbirləri olarsa, bu, aylar öncədən bilinəcək. Lakin fikrimcə, belə olmayacaq. Ermənistan hakimiyyətinin cəzalandırılması ilə bağlı qərar qəbul edilibsə, heç kim xəbərdarlıq etməyəcək. Həm İran, həm Rusiya tərəfindən Ermənistana qarşı ildırımsürətli addım atılacaq”, - erməni politoloq bildirib.
- “Azercell”dən “Üçüncü Bahar” üzvləri üçün inkişaf proqramı
- Bakıda 177 eskalator yenilənir - Foto
- Bağçalara uşaqların elektron qəbulu başlanılır
- Xalqa və dövlətə xidmət təntənəsi - Fotolar
- Bakının mərkəzində bu yollar tam bağlanır
- Bir və Xəzər Universiteti memorandum imzaladı
- Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi
- Bakının 4 rayonunda su olmayacaq