Sumqayıtda ana və azyazşlı övladı qidadan zəhərlənib.

BUTA.TV xəbər verir ki, hadisə "Ceyranbatan bağları" adlanan ərazidə yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü Aişə Adil qızı Mərdanova və övladı, 2022- ci il təvəllüdlü Əli Səxavət oğlu Mərdanov yaşadıqları evdə yedikləri qidadan zəhərləniblər.

Onlar dərhal xəstəxanaya çatdırılıb.

Ana və övladının ət məhsulundan zəhərləndiyi ehtimal olunur.