Rusiyanın Bryansk vilayətində 7 Ukrayna PUA-sı vurulub.

BUTA.TV xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz məlumat yayıb.

Onun sözlərinə görə, PUA-lardan biri partlayan zaman qeyri-yaşayış binasının çardağında yanğın baş verib.

Hazırda yanğın söndürülüb. Heç kim xəsarət almayıb.