Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki rəqibinin adı bu gün bəlli olacaq. 

BUTA.TV” xəbər verir ki, bu mərhələnin püşkü İsveçrənin Nyon şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Artıq Azərbaycan təmsilçisinin potensial rəqiblərinin sayı azalıb. Bu barədə UEFA-nın saytı məlumat yayıb.

Səpələnməmişlər səbətində yer alan “Sabah” 1-ci mərhələdə TNS-si (Uels) keçərsə, aşağıda adları qeyd edilən komandalardan biri ilə qarşılaşacaq:

- “Srvena Zvezda” (Serbiya);

- “Lex” (Poznan, Polşa);

- “Floriana" (Malta) - “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi;

- “Vardar” (Şimali Makedoniya) - “Kups” (Finlandiya) cütünün qalibi;

- “Jalqiris” (Litva) - “Drita” (Kosovo) cütünün qalibi;

- “Linkoln” (Cəbəllütariq) - “İnter” (Eskaldes, Andorra) cütünün qalibi.

Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda keçiriləcək.

***

“Sabah”ın rəqibi bəlli olub. Masazır təmsilçisi “Vardar” (Şimali Makedoniya) – KuPS (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.