Xocasən yolunda hərəkətdə olan TIR-ın xarab olması səbəbilə nəqliyyatın hərəkəti iflic olub.

BUTA.TV” xəbər verir ki, yük maşınının hərəkət zolağını tutması səbəbindən arxada qalan nəqliyyat vasitələri hərəkət edə bilmir. 

Sürücülərin bildirdiyinə görə, hazırda müşahidə olunan sıxlığın uzunluğu kilometrlərlə ölçülür.

Sözügedən görüntüləri təqdim edirik:

Baş Dövlət Yol Polisi İdarəsindən “BUTA.TV”ya bildirilib ki, hazırda problem aradan qaldırılıb.

“Bu gün saat 14:00 radələrində Xocəsən–Lökbatan yolunda yük avtomobili texniki nasazlıq səbəbindən xarab olub və yolun hərəkət hissəsində qalıb. Dərhal YPX əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb, avtomobil evakuator vasitəsilə yolun hərəkət hissəsindən kənarlaşdırılaraq təhlükəsiz əraziyə aparılıb. Hazırda sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinə hər hansı maneə və sıxlıq yoxdur”, - məlumatda bildirilib.

Yolun hazırkı vəziyyətini əks etdirən görüntüləri təqdim edirik: