Ərdoğan sabah ABŞ-a gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-a səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran məlumat yayıb.
Bildirilib ki, Ərdoğan səfər çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının ümumi müzakirələrində iştirak edəcək.
Məlumata görə, Türkiyə lideri BMT-nin baş katibi ilə yanaşı, müxtəlif ölkələrin liderləri ilə bir araya gələcək.
Qeyd edək ki, Ərdoğanın Trampla da görüşü planlaşdırılır.