Yəmən ordusu ilə husilər arasında savaş: azı 48 ölü var
Yəmənin cənubunda hökumət qüvvələri ilə husilər arasında gedən döyüşlərdə son 24 saat ərzində azı 48 nəfər ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Hökumət mənbələrinin məlumatına görə, toqquşmalarda 17 əsgər həlak olub. Husilərin mənbələri isə 31 döyüşçünün öldüyünü deyib.
Qeyd edək ki, döyüşlər Lahc və Taiz əyalətləri arasındakı sərhəddə gedir.
Hökumət mənbələri iddia edir ki, qoşunlar hərəkatın əvvəlki gün ələ keçirdiyi mövqelərin təxminən yarısını geri alıb. Husilər isə Lahc və Taiz arasındakı sərhəddə irəliləyiş əldə etdiyini bildiriblər.