Tacikistan BMT TŞ-yə üzvlük üçün namizədliyini irəli sürdü
Tacikistan 2028-2029-cu illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün namizədliyini irəli sürüb.
BUTA.TV xəbər verir ki, bunu Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ümumi siyasi müzakirələrdə çıxış edərkən bildirib.
"BMT-nin gücləndirilməsi daha böyük məsuliyyət tələb edir. Tacikistan bunu etməyə hazırdır. Və tarixində ilk dəfə olaraq Tacikistan 2028-2029-cu illər üçün Təhlükəsizlik Şurasında yer almaq üçün namizədliyini irəli sürür", - deyə o qeyd edib.
70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı