Rusiya iqtisadiyyatı Sovet İttifaqında olduğu kimi çöküş riski altındadır və cəbhədə vəziyyət dalana dirənib. Kreml bu xəbərdarlığı Amerika kəşfiyyatından alıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeytunq” qəzeti məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Moskvaya səfəri zamanı Rusiya rəsmilərinə ölkə iqtisadiyyatının real vəziyyəti ilə bağlı xəbərdarlıq edib.

Nəşr qeyd edir ki, Kreml üçün əsas təhlükə təkcə Donbasdakı döyüşlərdə və ya Rusiya ərazisinə PUA hücumlarında deyil.

"Hərbi baxımdan vəziyyət çıxılmazdır. Lakin iqtisadi cəhətdən Rusiya bunun öhdəsindən gələ bilməyəcək. Soyuq Müharibənin sonunda Sovet İttifaqında baş verdiyi kimi iqtisadiyyat çökəcək", - deyə vurğulanıb.

Xatırladaq ki, 2026-cı il avqustun 25-də MKİ rəhbəri Con Retkliff Moskvaya qəfil və elan olunmamış səfər etmişdi.

Üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - VİDEO Üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - VİDEO