ABŞ Prezidenti Donald Tramp dövlət xidmətlərinə çıxışı asanlaşdırmaq məqsədilə süni intellekt (Sİ) texnologiyasından istifadə edən yeni "America.gov" platformasını təqdim edib.

BUTA.TV Ağ Evin rəsmi saytına istinadən xəbər verir ki, platforma ABŞ vətəndaşlarının müxtəlif dövlət xidmətlərinə və məlumatlarına vahid portal üzərindən çıxışını təmin etmək üçün yaradılıb.

"America.gov" istifadəçilərə dövlət xidmətləri ilə bağlı suallar verməyə və süni intellekt vasitəsilə cavab almağa imkan verir. Platforma müxtəlif dövlət qurumlarının internet səhifələrində yerləşdirilən məlumatları vahid sistemdə birləşdirir.

Yeni sistem vasitəsilə istifadəçilər pasport almaq, Sosial Təminat kartını yeniləmək və milli parklarda düşərgə yeri bron etmək kimi xidmətlərlə bağlı məlumat əldə edə biləcəklər. Gələcəkdə platformanın bəzi mürəkkəb dövlət xidmətlərini, o cümlədən ərizə və formaların doldurulması və yenilənməsi prosesini birbaşa həyata keçirməsinə imkan verilməsi planlaşdırılır.

Tramp təqdimat zamanı "America.gov"un dövlət xidmətlərinə çıxışı daha sürətli və rahat etməli olduğunu bildirib. O, süni intellektin inkişafının qarşısını almaq niyyətində olmadığını da vurğulayıb.

Ağ Evin yeni təşəbbüsü ilə əlaqədar Prezident dövlət qurumlarının internet səhifələrinin "America.gov"la inteqrasiyasını nəzərdə tutan sərəncam da imzalayıb.

Platformanın təqdimatı Trampın süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşü ərəfəsində baş tutub. Görüşdə texnologiya sektorunun aparıcı şirkətlərinin rəhbərlərinin iştirakı gözlənilir.

Üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - VİDEO Üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - VİDEO