Rusiya Prezidenti Vladimir Putin üçün müharibə heç də yalnız ərazi mübahisəsi deyil. Buna görə də Ukraynanın məhdud ərazi güzəştləri sülhə zəmanət vermir.

BUTA.TV xəbər verir ki, bu barədə “Atlantik Kounkil” nəşri yazıb.

Qeyd olunur ki, Kreml rəhbəri yalnız iki variant görür: tam qələbə və ya sonsuz müharibə.

Nəşr xatırladır ki, ötən həftə Ukrayna Prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatında çıxış edərək ərazi güzəştlərinin Rusiyanın işğalına son qoya biləcəyi ilə bağlı ehtimalları rədd edib. Ukrayna lideri bildirib ki, hətta Ukrayna Donbası Putinə güzəştə getsə belə, o, dayanmayacaq.

Vurğulanır ki, Ukrayna prezidentinin bu skeptik mövqeyi ABŞ Prezidenti Donald Trampın administrasiyasının müharibəyə son qoymaq istiqamətində səylərini yenidən gücləndirdiyi bir vaxtda səslənir. Lakin ABŞ-ın yanaşmasını tənqid edənlər hesab edirlər ki, prezidentin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Kreml ilə danışıqlara sanki “geosiyasi daşınmaz əmlak sövdələşməsi” kimi baxsalar da, Rusiya tərəfi məsələyə tamamilə fərqli prizmadan yanaşır.

“Putin üçün Ukraynaya qarşı müharibə sadəcə torpaqların ələ keçirilməsi deyil. Bu, Ukrayna dövlətçiliyini məhv etmək və Rusiya imperiyasını yenidən dirçəltmək məqsədi daşıyan tarixi missiyadır. Kremlin rəhbərinin Ukrayna dövlətçiliyinə qarşı kəskin mövqeyi onun Sovet İttifaqının dağılmasına qarşı dərin və uzunmüddətli narazılığını əks etdirir. Putin SSRİ-nin dağılmasını “tarixi Rusiyanın məhvi” adlandırmışdı.

Genişmiqyaslı işğaldan hələ əvvəl Putin dəfələrlə ruslar və ukraynalıların guya “bir xalq” olduğunu iddia edib. İşğaldan bir gün əvvəl isə o, hətta Ukrayna dövlətinin legitimliyini şübhə altına alıb”, - nəşr xatırladıb.

Üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - VİDEO Üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - VİDEO