Şin Bet nümayəndələri Dubaya gedir: Təxliyə başlayır
İsrailin Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) nümayəndələri oktyabrın 1-də Dubaya gedəcəklər. Onlar BƏƏ-nin “Flydubai” aviaşirkətinin oktyabrın 1-dən Təl-Əvivə uçuşlarının dayandırılmasından sonra İsrail aviaşirkətlərinin BƏƏ-dən təxliyə reyslərinə hazırlıq işləri aparacaqlar.
BUTA.TV xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Məlumata görə, İsrail aviaşirkətləri oktyabrın 2-dən BƏƏ-dən Təl-Əvivə təxliyə reyslərinə başlamağı planlaşdırır:
“İsrail aviaşirkətləri Ben-Qurion hava limanından BƏƏ-yə boş təyyarələr göndərəcək, əks istiqamətdə isə bilet qiymətlərini özləri müəyyənləşdirəcək və sərnişinlər bu xərcləri özləri ödəyəcəklər. Boş təyyarələrin Dubaya uçuş xərclərini İsrail dövləti qarşılayacaq”.
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə ŞOK MÜSAHİBƏ