İsrail onları mükafatlandıracaq
İsrail Prezidenti İshaq Hersoq sentyabrın 30-da Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinə məxsus təyyarədə baş verən insident zamanı faciənin qarşısını alan 4 nəfəri Mülki Qəhrəmanlığa görə Prezident Təltifinə layiq görmək istəyir.
BUTA.TV xəbər verir ki, bu barədə Hersoqun ofisi məlumat yayıb.
“İsrail Prezidenti Dubaydan uçan reysdə baş verə biləcək faciənin qarşısını alan dörd israillinin Mülki Qəhrəmanlığa görə Prezident Təltifinə layiq görülməsini tövsiyə etmək niyyətindədir. Mülki Qəhrəmanlığa görə Prezident Təltifi İsraildə göstərilən qəhrəmanlığa görə verilən ən yüksək mülki mükafatdır.
Bu mükafat ən ağır sınaqlar zamanı başqalarını xilas etmək naminə həyatlarını təhlükəyə atan insanların xidmətlərinin İsrail dövləti tərəfindən tanınmasını simvolizə edir”, - məlumatda bildirilib.
Qeyd edək ki, BƏƏ-dən Təl-Əvivə uçan "Flydubai" şirkətinə məxsus təyyarə qaçırılma şübhəsi səbəbindən təcili siqnal verib. Daha sonra təyyarədə pilotlar arasında davanın baş verdiyi məlum olub.
Təyyarə təhlükəsiz eniş edib. Daha sonra İsrailin Baş naziri Benyamin Netanyahu “Flydubai” təyyarəsində həmkarına bıçaqla hücum edən ikinci pilotu zərərsizləşdirən israilli sərnişinlə görüşüb.
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə ŞOK MÜSAHİBƏ