09:08

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda 7 mərtəbəli yaşayış binası çöküb.

BUTA.TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalan şəxslərin olduğu bildirilir.

Onların axtarış-xilasetmə işlərinə başlanıb.

Hadisə nəticəsində ölənlərin olub-olmadığına dair məlumat paylaşılmayıb.

Maltəpədə ilk 3 mərtəbəsi çökən binanın dağıntıları altından 1 nəfərin meyiti çıxarılıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, xilasetmə qrupları dağıntılar altından 10 nəfəri xilas edib, 3 nəfərin axtarışı isə davam etdirilir.

Maltəpədə 7 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

Bu barədə İstanbul Valiliyi məlumat yayıb.

Hazırda iki nəfərin axatrışlarının davam etdirildiyi bildirilib.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib