Pezeşkian da Putini təbrik etdi
İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə İran Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
“Telefon danışığı zamanı İran prezidenti Rusiya prezidentini ad günü münasibətilə təbrik edib, Rusiya hökumətinə və xalqına əzəmət, inkişaf və rifah arzulayıb. Tərəflər həmçinin Tehran və Moskva arasında ikitərəfli strateji əməkdaşlığın davam etdirilməsinin və gücləndirilməsinin vacibliyini vurğulayıblar”, - məlumatda bildirilib.
Qeyd edək ki, bu gün Vladimir Putinin 74 yaşı tamam olur.
Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi - Sahibkardan etiraz