Fransa Xarici İşlər Nazirliyi İran səfirini XİN-ə çağırıb.

BUTA.TV xəbər verir ki, bu barədə Fransa XİN-in sözçüsü Paskal Konfavrön məlumat yayıb.

Məlumata görə, səfir Fransada şagirdlərin və məktəb işçilərinin etiraz aksiyaları ilə bağlı İranın yalan məlumatlar yayması səbəbindən XİN-ə dəvət olunub:

"Səfirə İran Xarici İşlər Nazirliyinin rəsmi hesabları vasitəsilə internetdə yalan məzmunun yayılmasının tamamilə qəbuledilməz olduğu bildirilib".

Həmçinin Fransa səfirinin də İran XİN-ə çağırılmasının əsassız olduğu qeyd olunub.

Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi - Sahibkardan etiraz Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi - Sahibkardan etiraz