AB-dən İrəvana növbəti dəstək: Yeganə ölkədir ki...
Avropa Birliyi Ermənistanın AB ilə yaxınlaşma prosesinə dəstək verməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu AB-nin genişlənmə üzrə komissarı Marta Koş deyib.
O bildirib ki, Ermənistan AB-nin viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar apardığı yeganə ölkədir:
“Biz buna hazırıq. Əgər onlar öz öhdəliklərini yerinə yetirsələr, biz də öz öhdəliklərimizi yerinə yetirəcəyik. Ermənistan həqiqətən də AB-yə doğru irəliləyir. Hazırda viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar apardığımız yeganə ölkə Ermənistandır”.
Koş həmçinin AB-nin Ermənistan iqtisadiyyatına göstərdiyi dəstəkdən də danışıb:
“Rusiya Ermənistandan idxalı qadağan etdiyi üçün biz bir çox məsələlərdə İrəvanı dəstəkləyirik. Ermənistanın iqtisadi inkişafı üçün xüsusi tədbirlər paketi də mövcuddur”.
Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi - Sahibkardan etiraz