ABŞ İran hakimiyyətinin uranın zənginləşdirilməsi səviyyəsini əhəmiyyətli dərəcədə azaltması üçün hər şeyi edir. Bu, İslam Respublikasına qarşı müharibənin dayandırılmasının əsas şərtidir.

BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Röyters”ə açıqlamasında deyib.

Vens bildirib ki, əgər İran nüvə silahına sahib olmaq istəmirsə, onda niyə 60 faiz zənginləşdirmə səviyyəsinə malik urana ehtiyac duyur?

ABŞ vitse-prezidentinin sözlərinə görə, ABŞ əvvəlki kimi Tehranla saziş bağlamağa hazırdır. Lakin Tehrandan nüvə sahəsində konkret güzəştlər tələb edilir.

O əlavə edib ki, vəziyyət Tehranda son qərarı kimin qəbul etdiyinin hələ də bəlli olmamasına görə çətindir.

Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi - Sahibkardan etiraz Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi - Sahibkardan etiraz