Yaxın Şərqdə müharibə başa çatdıqdan sonra sərhədlər yenidən formalaşacaq.

BUTA.TV xəbər verir ki, bunu ehtiyatda olan amerikalı polkovnik Duqlas Makqreqor “TRT Vörld”ə açıqlamasında deyib.

“Birinci Dünya Müharibəsinin mirası artıq qüvvədə deyil. “Sayks-Piko” sazişi ilə qurulan nizam başa çatıb, artıq mövcud deyil. Uzunmüddətli perspektivdə varlığını qoruyub saxlayacaq 3 milli dövlət strukturu yaradılacaq. Bunlar əslində “sivilizasiya dövlətləri”dir.

Birincisi İrandır - bizim İran adlandırdığımız, lakin hələ də Persiya kimi xatırlanan ölkə.

İkincisi Osmanlı İmperiyasının mirasını daşıyan Türkiyədir. Türkiyə özünəməxsus sivilizasiya konsepsiyasına malik dövlətidir.

Üçüncüsü isə Misirdir”, - polkovnik əlavə edib.

O bildirib ki, Böyük Britaniya, Fransa və ABŞ kimi imperialist güclər tərəfindən müəyyən edilmiş köhnə sərhədlərin və mövcud strukturların əksəriyyəti yox olacaq:

“Regionun qalan hissəsinin necə formalaşacağına yuxarıda qeyd etdiyim 3 güc qərar verəcək. Mənim fikrimcə, bu prosesi müəyyən edən əsas aktorlar Türkiyə və İran olacaq. Həmin vaxt gəldikdə, ümid edirəm ki, bu iki güc fikir ayrılıqlarını mümkün qədər həll etmək və yeni sabitlik yaratmaq üçün kifayət qədər müdrik və çevik davranacaqlar. Çünki ABŞ artıq orada olmayacaq”.

Xatırladaq ki, “Sayks-Piko” sazişi Birinci Dünya Müharibəsi zamanı, 1916-cı ilin may ayında Böyük Britaniya və Fransa arasında imzalanmış məxfi sazişdir. Saziş Osmanlı imperiyasının Yaxın Şərqdəki torpaqlarının müharibədən sonra bu iki dövlət və müttəfiqləri (Rusiya imperiyası və İtaliya) arasında bölüşdürülməsini nəzərdə tuturdu.

Cüdoçumuz DÇ-nin finalında! - Yenilənib Cüdoçumuz DÇ-nin finalında! - Yenilənib