İsveç Allsvenskan liqasında “AIK Solna” ilə “Brommapojkarna” komandaları arasında keçirilən matç futbol tarixinin ən maraqlı qarşılaşmalarından birinə səhnə olub.

“BUTA.TV” xəbər verir ki, ümumilikdə 11 qolun vurulduğu oyunda “AIK Solna” 5:1 hesablı məğlubiyyətdən geri dönərək hesabı bərabərləşdirsə də, son saniyədə buraxdığı qolla 6:5 hesabı ilə məğlub olub.

İlk yarısı 0:0 başa çatan qarşılaşmanın ikinci hissəsində əsl qol yağışı yaşanıb. İkinci hissənin başlanğıcında tərəflər hərəyə 1 qol vurublar. Sonra isə qonaq komanda “Brommapojkarna” 59-cu və 70-ci dəqiqələr arasında ard-arda 4 qol vuraraq hesabı 5:1 edib. Hesab fərqi açıldıqdan sonra meydan sahiblərinin bəzi azarkeşləri stadionu tərk etməyə başlayıblar.

Lakin AIK-in inanılmaz geridönüşü 73-cü dəqiqədə Taha Ayari ilə başlayıb. Sonradan oyuna daxil olan Siksten Qustafsson dubl edib, əlavə olunmuş dəqiqələrdə isə Yohan Hove hesabı 5:5 edərək möcüzəyə imza atıb. Bütün bunlara baxmayaraq, matçın 90+9-cu dəqiqəsində səhnəyə çıxan Mads Hansen “Brommapojkarna”ya 6:5 hesablı tarixi qələbəni gətirib.

Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video