Səudiyyə bir gündə Yəmənə 104 zərbə endirdi
Son sutka ərzində Səudiyyə Ərəbistanı ordusu Yəmən ərazisinə 104 zərbə endirib.
BUTA.TV xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Səriya deyib.
“104 raket, yaxud aviasiya zərbəsi endirilib. Paytaxt Sənadakı mülki hədəflərə, eləcə də Əmran, Dhamar, Lahc, Mərib, Səəda, Taiz, Əl-Hudeydə və Əl-Cəvf əyalətlərinə hücum edilib. Eskalasiyanın başlanğıcından bəri ümumi zərbələrin sayı 2281-ə çatıb", - deyə o bildirib.
Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz?