Pakistanda sərnişin qatarı relsdən çıxdı: ölənlər var
Pakistanın Pəncab əyalətinin Multan şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı beş nəfər ölüb, 30 nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, Kəraçidən Peşəvərə gedən qatarın bütün 14 vaqonu relsdən çıxıb.
Hadisə yerli vaxtla səhər saat 5:15 radələrində (Bakı vaxtı ilə səhər saat 4:15) Şer Şah körpüsünün yaxınlığında baş verib.
Yaralılar Multandakı xəstəxanaya çatdırılıb.
Xilasetmə işləri davam etdirilir.
Qəzanın səbəbi hələlik müəyyən edilməyib.
12 yaşlı şagird özünü məktəb binasından atdı