Rusiya dizel yanacağını yalnız ABŞ-a deyil, qlobal bazardakı bütün ölkələrə tədarük edir.

BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Bu dizel yanacağı müqaviləsi bizim üçün deyil. Qlobal bazara gedir. Bizə gəlmir. Bu, dünyaya, qlobal bazara tədarük ediləcək dizel yanacağı müqaviləsidir, çünki qlobal bazar yüksək qiymətlərdən zərər görüb. Və siz dizel yanacağı istehsal edən neft emalı zavodlarını sıradan çıxatıtsınızsa, bu, heç yaxşı deyil", - deyə o, Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.

“Bu, dünyanı böyük həcmdə neftlə təmin etməyin bir yoludur. Bu, mənimlə bağlı bir razılaşma deyil. Bu, bütün dünya üçün bir razılaşmadır və yeri gəlmişkən, artıq qiymətlərin aşağı düşməsinə səbəb olub”, - deyə Amerika lideri əlavə edib.

Qeyd edək ki, oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub. Bu telefon danışığından sonra ABŞ Rusiyadan dizel idxalına qadağanı 7 aprel 2027-ci ilə qədər ləğv edib.

Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz? Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz?