Belarus müharibəyə hazırlaşır - Lukaşenko
Belarus heç kimə hücum etmək niyyətində deyil, lakin müharibənin qarşısını almaq üçün ona hazırlaşır.
BUTA.TV xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenko həmçinin Belarusa hücumun qarşısını alan sərhəd çəpərlərinə görə Qərbə təşəkkür edib:
“Əgər onlar bu cür çəpərlərdən daha iki xətt çəksələr, biz onlara minnətdar olarıq. Allah onlarla olsun, qoy özlərini hasara alsınlar”.
12 yaşlı şagird özünü məktəb binasından atdı