Milli Məclisin bugünkü iclasında çıxış edən parlamentin komitə sədri Siyavuş Novruzov ölkənin xarici siyasəti, dövlət başçısının proqram xarakterli çıxışları və məhkəmə qərarlarının icrası sahəsindəki problemlərlə bağlı vacib fikirlər səsləndirib.

"BUTA.TV" xəbər verir ki, S.Novruzov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) səkkizinci qurultayında çıxışına diqqət çəkərək bildirib ki, dövlət başçısının Azərbaycanın keçmişinə, bu gününə və gələcəyinə verdiyi qiymət, müstəqilliyin ilk illərindəki çətin vəziyyət, o dövrdəki rəhbərlərin məsuliyyətsiz davranaraq ölkəni tərk etməsi və torpaqlarımızın siyasi alver mövzusuna çevrilməsi haqqında dedikləri tarixi gerçəklikləri əks etdirir.

Komitə sədri vurğulayıb ki, Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən bəzi xarici dairələr ölkəmizə qarşı müxtəlif təhdidlər formalaşdırmağa çalışırlar:

"Prezidentin vurğuladığı məsələlər görünür ki, yenə də bir çox dairələri narahat edib və nəticədə ayrı-ayrı dövlətlərdən ölkəmizə yönələn müxtəlif təhdidlərin şahidi oluruq. Deputatlarımız yerlərdə seçicilərlə görüşürlər, qurultaydan sonra rayonlarda müvafiq tədbirlər keçirilib. Təklif edirəm ki, bu aktual məsələlərlə bağlı parlamentdə dəyirmi masa təşkil edək və müzakirələrin nəticələrini mətbuat vasitəsilə ictimaiyyətə çatdıraq".

Çıxışının davamında məhkəmə sistemindəki islahatlara toxunan S.Novruzov qeyd edib ki, sahə üzrə mühüm təkmilləşmələr aparılsa da, məhkəmə qərarlarının icrası mərhələsində ciddi nöqsanlar qalmaqdadır. O bildirib ki, vətəndaşın banka borcu olduqda icra mexanizmi dərhal işə düşdüyü halda, vətəndaşların xeyrinə çıxarılan mülkiyyət, torpaq və alqı-satqı qərarlarının icrası illərlə uzanır.

S.Novruzov qeyd edib ki, bəzi şəxslər dələduzluq yolu ilə vətəndaşların əmlakını mənimsəyir, sonradan əmlaklarını başqalarının adına keçirərək borcu simvolik ödənişlərlə yüz illərlə uzatmağa çalışırlar. Komitə sədri vətəndaşların mağduriyyətinin qarşısını almaq üçün "İcra haqqında" qanuna yenidən baxılmasını və daha kəsərli mexanizmlərin əlavə olunmasını təklif edib.

Nazim Hacıyev

12 yaşlı şagird özünü məktəb binasından atdı 12 yaşlı şagird özünü məktəb binasından atdı