Hövsanda 10 nəfər məktəb mühafizəçisinə hücum etdi - Həbs olunanlar var - Yenilənib
Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərin birində mühafizəçiyə hücum edilib.
“BUTA.TV” “Trend”ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb.
Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə, 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.
Başından xəsarət alan mühafizəçinin şəhər xəstəxanalarından birinə çatdırıldığı və əməliyyat olunduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, əməli törədən iki nəfər polis tərəfindən müəyyən olunaraq həbs edilib.
Bakıda “moyka” qiymətləri kəskin artdı: SƏBƏBLƏR...