Bu, Ukraynaya nüvə zərbəsinə bərabərdir - Komandir
Ukrayna Müdafiə Qüvvələrinin yüksək sürətli dronları qəfil “Starlink” məhdudiyyətlərindən dolayı rabitəsiz qalıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” ukraynalı hərbçilərə istinadən məlumat yayıb.
"Bu, bizə nüvə zərbəsi endirməklə müqayisə edilə bilər. Bütün əməliyyatlar dayandırılıb. Bu, çoxumuzun həyatı bahasına başa gələcək", - deyə adı açıqlanmayan ukraynalı komandir qeyd edib.
Onun sözlərinə görə, 150 kilometr uzaqlıqdakı hədəfləri vurmaq üçün istifadə olunan Hornet PUA-larının istifadəsi və naviqasiyası ciddi şəkildə “Starlink” sistemindən asılıdır.
Eyni zamanda bildirilib ki, sözügedən dronların gecə sürəti kəskin şəkildə enərək 100 km/saata düşüb.
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq