“Starshield” sistemləri ABŞ hökumətinə məxsusdur və onun idarəçiliyi altındadır. İstənilən sürət və ya istifadə məhdudiyyətləri ABŞ hərbçiləri, son nəticədə isə ABŞ Prezidenti tərəfindən müəyyən edilir.

BUTA.TV xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask deyib.

“Starlink” isə “SpeysX” şirkətinə məxsus olan və onun tərəfindən idarə edilən kommersiya xidmətidir. “Starlink”dən istifadə mülki və ya müdafiə xarakterli fəaliyyətlərlə məhdudlaşır və hücum xarakterli hərbi əməliyyatlarda istifadə edilə bilməz. Çünki bu cür istifadə kommersiya şirkətinin statusuna zidd olardı.

Qırğın isə davam edir. Ukrayna Prezidenti Vladimir Zelenskinin getməsinin vaxtıdır”, - o bildirib.

Qeyd edək ki, Rusiyanın zərbələri ilə bağlı ABŞ-ın Ukraynanı 2 gün ardıcıl məlumatlandırmadığı, buna görə də hava sirenlərinin işə düşmədiyi və nəticədə mülki insanların ölümünün artdığı bildirilir. Eyni zamanda “Starlink”in xidmətlərinin məhdudlaşdırılması səbəbindən Ukrayna hücum PUA-ları Rusiyaya zərbə endirə bilmir.

Lavrov da Bakıdadır - Yenilənib Lavrov da Bakıdadır - Yenilənib