Qara dənizdə Ukrayna ilə dəniz ticarəti aparan investorlar və beynəlxalq sığorta şirkətləri son dövrlərin ən böyük böhranı ilə üz-üzədir.

BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, regionda risklərin kəskin artması səbəbindən sığortaçılar və investorlar Ukrayna limanları ilə fəaliyyəti davam etdirməyin xərclərini yenidən hesablamaq məcburiyyətində qalıblar.

Bildirilib ki, son vaxtlar Bolqarıstan və Rumıniya sahillərində beş kommersiya gəmisinə hücum edilib, lakin hücum edənlər hələ də məlum deyil.

Bakıda “moyka” qiymətləri kəskin artdı: SƏBƏBLƏR... Bakıda “moyka” qiymətləri kəskin artdı: SƏBƏBLƏR...