ABŞ İrana qarşı "bombaların anası"ndan istifadə edə bilər.

BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Hakimiyyət qeyri-rəsmi olaraq "bütün bombaların anası" kimi tanınan, böyük dağıdıcı gücə malik qeyri-nüvə tipli GBU-43/B (MOAB) aviasiya bombasından istifadə etməklə zərbə endirmək ehtimalını nəzərdən keçirir. Əgər Tramp hərbi əməliyyatların bərpası barədə əmr verərsə, enerji və nüvə obyektləri hədəf alına bilər”, - məlumatda qeyd olunub.

Kanal bildirib ki, MOAB-ın çəkisi 9,5 tondan çoxdur və o, ABŞ ordusunun arsenalındakı ən güclü qeyri-nüvə bombasıdır.

Bakıda “moyka” qiymətləri kəskin artdı: SƏBƏBLƏR... Bakıda “moyka” qiymətləri kəskin artdı: SƏBƏBLƏR...