Rusiyadan kütləvi dron hücumu: ölənlər var
Rus işğalçıları Kropyvnitski və ətraf bölgəyə kütləvi dron hücumu həyata keçiriblər və nəticədə ölənlər olub.
BUTA.TV xəbər verir ki, bunu Kirovoqrad Regional Dövlət Administrasiyasının rəhbəri Andrey Raykoviç bildirib.
"Düşmənin hücumu nəticəsində Kropivnitski rayonundakı evlərə ziyan dəyib. Vilayət mərkəzində isə çoxmərtəbəli yaşayış binasının ərazisinə zərbə dəyib. Pəncərələr və avtomobillər zədələnib", - deyə o sosial şəbəkə hesabında yazıb.
O, iki nəfərin hücum nəticəsində öldüyünü vurğulayıb.
Bakıda “moyka” qiymətləri kəskin artdı: SƏBƏBLƏR...