CENTCOM təkzib etdi: Hörmüz ABŞ-ın nəzarətindədir!
SEPAH Hörmüz boğazına nəzarət etdiyi barədə yalan iddialarını davam etdirib. Birləşmiş Ştatlar və regional tərəfdaşlar boğaza nəzarət edir və SEPAH-ın əsassız təcavüzünə baxmayaraq, ticarət gəmiləri tranziti davam etdirir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Qeyd edək ki, İran ordusunun komandanı general-leytenant Əmir Hatəmi Hörmüz boğazının ordunun nəzarətində olduğunu vurğulamışdı.
Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video