Kremldə müəmmalı hərəkətlilik: Kortejlər bir-birini əvəz edir...
Moskvada Kremlin ərazisində axşam saatlarından başlayaraq qeyri-adi hərəkətlilik müşahidə olunur. Rusiya rəhbərliyinin yüksək vəzifəli nümayəndələrinə məxsus olduğu bildirilən avtomobil kortejləri ard-arda Kremlə gəlib.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, Baş nazir Mixail Mişustin gec saatlara qədər Kremldə qalıb. Onun avtomobil korteji yalnız gecə saatlarında ərazini tərk edib. Həmin vaxt daha azı üç kortejin Kremldə gözlədiyi bildirilib.
Mişustinin gedişindən sonra güc strukturlarının rəhbərlərinə məxsus olduğu ehtimal edilən avtomobil kortejləri Kremlə daxil olmağa başlayıb. Onlardan birinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktorunun kortejinə bənzədiyi qeyd olunur.
Eyni zamanda, Rusiya Prezidentinin Təhlükəsizlik Xidmətinə məxsus olduğu bildirilən zirehli avtomobilin Kremldən çıxaraq körpü istiqamətində hərəkət etdiyi müşahidə edilib.
Kremldə gecə saatlarında baş verən bu hərəkətliliyin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib. Yüksək vəzifəli şəxslərin fövqəladə toplantıya çağırılıb-çağırılmadığı da məlum deyil.
Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video