“Starlink” texnologiyası qiyməti, sürəti, terminalın çəkisi və ölçüləri baxımından Ukrayna üçün ən optimal, məqsədəuyğun və səmərəli variantdır. Digər alternativlər ya daha az etibarlı və səmərəlidir, ya da xeyli bahadır.

BUTA.TV xəbər verir ki, bu fikri ukranalı aviasiya eksperti, silahların və ən yeni texnologiyaların inkişafı üzrə mütəxəssis Boqdan Dolintse bildirib.

O qeyd edib ki, “Meş” modemlərin əsas məhdudiyyəti onların rabitə məsafəsi və çəkisidir:

“Əgər söhbət orta mənzilli zərbə dronlarından gedirsə, onların faydalı yükünün çəkisinə daha ciddi məhdudiyyətlər qoyulur. İkincisi, bu modemlər, bir qayda olaraq, kifayət qədər bahadır və bu da orta mənzilli zərbə dronlarının istifadəsinin iqtisadi səmərəliliyinə ciddi təsir göstərir. Çünki “Meş” modemlərdən istifadə edən şəbəkənin qurulması “Starlink” terminallarından istifadə ilə müqayisədə xeyli baha başa gəlir”.

Dolintse uzaqmənzilli silahlarda “Meş” modemlərindən istifadə məsələsinə toxunaraq bildirib ki, belə hallarda bu modemlər də, “Starlink” kimi, rasional həll yolu hesab edilə bilməz:

“Xüsusilə söhbət 1000 kilometrdən artıq məsafədəki hədəflərə zərbələrdən gedirsə... Çünki “Meş” modemlərin rabitə məsafəsi, bir qayda olaraq, 200–300 kilometri keçmir. Bu isə düşmənin hava məkanında ən azı onlarla işlək pilotsuz uçuş aparatının (PUA) olmasını tələb edir. Həmin zəncirdə iki-üç PUA məhv edilərsə, qalanlarının hamısı rabitəni tamamilə itirəcək”.

Dolintse, həmçinin “OneWeb” adlı qlobal aşağı orbitli peyk interneti sistemi barədə danışıb. O xatırladıb ki, bu sistem Fransanın “Eutelsat” peyk rabitəsi xidmətinin bazasında fəaliyyət göstərir.

“Bu, təxminən 650 peykdən ibarət Avropa şəbəkəsidir. Halbuki “Starlink” şəbəkəsində təxminən 10 000 peyk var. Yəni başa düşürük ki, “OneWeb”in əhatə sıxlığı təxminən 20 dəfə azdır, sürəti, etibarlılığı və iş səmərəliliyi də daha aşağıdır”.

Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video