Avropa qoşunları Ukraynaya girməyi məşq edəcək
1500-dən çox britaniyalı, fransalı, almaniyalı və polşalı hərbçi Rusiya ilə atəşkəs əldə olunacağı təqdirdə Ukraynada qoşunların yerləşdirilməsi prosedurunu Polşada məşq edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb.
Qeyd olunur ki, təlimlər noyabr ayında keçiriləcək və bu, öz növündə ilk təlim olacaq. Təlimlərin məqsədi Avropa qoşunlarının Ukrayna ərazisində mövcudluğunun çəkindirici amil rolunu oynayacağı müharibədən sonrakı vəziyyətə hazırlıqdır.
Nəşrin məlumatına görə, Avropa hərbçiləri çoxmillətli sülhməramlı əməliyyat çərçivəsində qoşunların yerdəyişməsi və logistika təminatı üzrə məşqlər keçirəcəklər.
Böyük Britaniya Müdafiə Nazirliyindəki mənbənin sözlərinə görə, hərbçilər çoxmillətli qüvvələrin müəyyən bir ərazidə birgə yerləşəcəyi ssenari üzrə təlim keçəcəklər. Mənbə əlavə detalları açıqlamaqdan imtina edib.
Ramiz Mehdiyevin şirkətinin marketinq müdiri işdən çıxdı - NAZİR YÜKSƏK VƏZİFƏ VERDİ