Kanadanın Alberta əyalətində yerləşən "Ueynrayt" hərbi bazasında partlayış baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə "Qlobal Nyus" telekanalı məlumat yayıb.

Təlimlərin gedişində baza ərazisindəki qaz kəməri zədələnib. Bu isə partlayışa və ardınca yanğına səbəb olub.

Partlayış və yanğın nəticəsində azı yeddi nəfər həlak olub, onlarla insan yaralanıb.

Qeyd olunub ki, bazanın yerləşdiyi Alberta əyalətində əsən güclü külək alovun yayılmasını sürətləndirib.

Ramiz Mehdiyevin şirkətinin marketinq müdiri işdən çıxdı - NAZİR YÜKSƏK VƏZİFƏ VERDİ Ramiz Mehdiyevin şirkətinin marketinq müdiri işdən çıxdı - NAZİR YÜKSƏK VƏZİFƏ VERDİ