ABŞ NATO-nun Asiya variantını yaradır - Kim Çen
ABŞ Yaponiya və Cənubi Koreya ilə müttəfiqlik münasibətlərini gücləndirmək bəhanəsi ilə faktiki olaraq NATO-nun Asiya versiyasını yaradır.
BUTA.TV xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn dekabrın 31-də Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin VI plenumunda deyib.
“Yaponiya və Cənubi Koreya ilə üçtərəfli əməkdaşlığı inkişaf etdirmək, müttəfiqliyi gücləndirmək bəhanəsi ilə ABŞ NATO-nun Asiya versiyası kimi yeni hərbi blokun yaradılmasına can atır”, - Kim Cen bildirib.