AB Rusiyaya qarşı yeni sanksiyalar, o cümlədən növbəti onuncu paket üzərində işləməyə davam edəcək.

BUTA.TV xəbər verir ki, bunu Avropa Birliyi Şurasının sədri Şarl Mişel Kiyevdə keçirilən AB-Ukrayna sammitindən sonra bildirib.

"Biz artıq doqquz sanksiya paketi qəbul etmişik və növbəti onuncu paket də daxil olmaqla, növbəti sanksiyalar üzərində işləməyə davam edəcəyik", - Mişel söyləyib.