"Hatayspor" klubu Türkiyə Super Liqasında çıxışını dayandırıb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Məhməd Böyükekşi məlumat verib.

"Bununla bağlı TFF-yə məktub göndəriblər. "Qaziantep" də çempionatından çıxmaq istəsə, mövsümün qalan hissəsini 17 komanda ilə davam etdirəcəyik", - TFF prezidenti bildirib.

Qeyd edək ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 17 406 nəfər dünyasını dəyişib, 71 806 nəfər isə yaralanıb.