Ölkəmizdəki zəlzələ bölgəsindən 10 uşağın Azərbaycana gətirilməsi ilə bağlı bəzi mətbuat orqanlarında xəbərlər yayılıb. Lakin sözügedən xəbərlərdə verilən məlumat tam deyil.

Bu barədə BUTA.TV-a Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumatda bildirilib.

“Həmin uşaqlar zəlzələ bölgəsindən təxliyə edilən Azərbaycan vətəndaşı olan qardaşlarımızın övladlarıdır. Hamısına keçmiş olsun deyir, şəfalar diləyirik”, - məlumatda qeyd olunub.