Zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan xəbər yoxdur
Türkiyədə zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan məlumat yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
“Bir çox vətəndaşımız haqqında məlumat alınıb. İki vətəndaşımız qalıb ki, onlardan hələlik xəbər yoxdur”, - deyə bildirilib.
Qeyd edək ki, Türkiyədəki zəlzələdə 10 nəfər Azərbaycan vətəndaşı həlak olub.