AB Türkiyədəki zəlzələdən zərər çəkmiş insanlara indiyə qədər 5.5 milyon dollarlıq humanitar yardım edib.

BUTA.TV xəbər verir ki, bu barədə AB Komissiyası məlumat yayıb.

Məlumata görə, AB-nin 18 üzvü Türkiyəyə sığınacaq materialları, qızdırıcılar, generatorlar, mebel, tibbi ləvazimat, gigiyena dəstləri, qida və geyim göndərib.