Türkiyənin İstanbul şəhərində 3 mərtəbəli tərk edilmiş bina uçub.

BUTA.TV xəbər verir ki, Fatih rayonunda yerləşən binada heç kim olmayıb, binanın dağılması səbəbindən 4 avtomobil zədələnib.

Xilasetmə qrupları hər ehtimala qarşı qalıqlarda axtarış aparıblar. Binanın öz-özünə çökdüyü məlum olub.

Digər tərəfdən, hadisə ilə əlaqədar araşdırma başladan polis binanın qeydə alınmış tarixi tikililərdən biri olduğunu müəyyənləşdiriblər.