Paşinyan Quterreşlə Qarabağı müzakirə etdi
Ermənistan Baş naziri Nikol Paşinyan və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə erməni hökuməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Qarabağda, xüsusən Laçın dəhlizində son vəziyyəti, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması və digər məsələləri müzakirə ediblər.