Zelenski silahların siyahısını ABŞ-a göndərir - ABŞ
Vladimir Zelenski Ukraynanın tələb etdiyi silahların siyahısını ABŞ-a göndərməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ilə görüşdə Zelenski F-16 döyüş təyyarələrinin də daxil olduğu silahların siyahısını göndərmək niyyətində olduğunu bildirib. Ukrayna prezidentinin fikrincə, bu silahlar münaqişənin tezliklə başa çatması üçün lazım olacaq”, - telekanal bildirib.