Krımın Sak rayonundakı hərbi hissəyə PUA hücumu edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, hücum martın 2-si gecə saatlarında baş verib. Bildirilib ki, hərbi hissənin ərazisinə hücum edən lər PUA-ların hər ikisi radioelektron mübarizə vasitələri tərəfindən zərərsizləşdirilib.

PUA-lardan biri hərbi hissənin həyətinə düşüb. Xəsarət alan yoxdur.